EN

Şirkətini satıb işçilərinə milyonlarla dollarlıq bonus verdi - FOTO

ABŞ-ın Luiziana ştatında yerləşən “Fibrebond” şirkətinin 1,7 milyard dollarlıq satışı işçiləri üçün "milyon dollarlıq" bonuslarla nəticələnib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, Baş direktor Qraham Uoker satış gəlirlərinin 15%-nin işçilərə paylanmasını şərt qoyub.

Bu qərarla 540 tam ştatlı işçi ümumilikdə 240 milyon dollar (təx. 9.5 milyon AZN) bonus verilib. Adambaşına orta ödəniş 443 min dollara (təx. 17 min 544 AZN) çatıb.

Bonusların işçilərin şirkətdə ən azı beş il qalması şərti ilə hissə-hissə ödəniləcəyi bildirilib.Uzunmüddətli işçilər isə daha yüksək məbləğ alıb.

Elektrik avadanlıqları üçün korpus blokları istehsalçısı olan “Fibrebond”, bu ilin əvvəlində enerji idarəetmə şirkəti “Eaton”a satılıb.

“Wall Street Journal” qəzetinin məlumatına görə, Uoker ailəsinin satışdan 1 milyard dollardan çox qazanacağını və işçilərə paylanan təxminən dörddə bir milyard dolların "ədalətli" olduğunu bildirib. Bonusların vergi yükünə baxmayaraq, işçilərin böyük əksəriyyətinin ödənişlərdən məmnun olduğu bildirilir.

1982-ci ildə qurulan və pandemiya dövründə sürətli böyümə yaşayan “Fibrebond” şirkətinin son beş ildə satışları təxminən 400 % artdığı bildirilir. 

Qrem Uoker 31 dekabrda şirkətdən ayrılacağını açıqlayıb.

Billurə

Chosen
46
2
azreform.info

3Sources