EN

Ermənistanda jurnalistlər parlamentdən qovuldu: Bu sualı verdikləri üçün

Erməni jurnalistlər Sona Qriqoryan və Knarik Manukyan Ermənistanın parlament binasına girmək və orada bir il işləmək hüququndan məhrum ediliblər.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, gündəlik "Joghovurd" qəzetinin müxbirlərinin hakim "Mülkü Müqavilə" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryana verdiyi "bazar qiymətindən aşağı qiymətə fərdi ev alması" ilə bağlı sualdan sonra baş verib.

Bildirilir ki, deputat sualı bəyənməyib və Milli Məclisin aparat rəhbərinin jurnalistləri binadan çıxarmasını tələb edib. O, jurnalistlərin müsahibə suallarını əvvəlcədən təqdim etmədiklərini və ümumiyyətlə, uyğun olmayan yerdə olmalarını əsas gətirib.

Erməni mətbuatı yazır ki, faktiki olaraq demokratik Ermənistanda jurnalistlərə parlament binasında sərbəst hərəkət etməyə icazə verilmir, onlar üçün müəyyən ərazi ayrılıb.

"Düzdür, Milli Məclisin təhlükəsizlik xidməti sual verən jurnalistlərin təyin olunmuş ərazidə olduğunu bildirib. Lakin onlar yenə də deputat Konjoryana yaxınlaşmağa cəsarət ediblər və o, bunu cinayət hesab edib" - deyə istinad olunan mənbə qeyd edib.

Chosen
53
publika.az

1Sources