EN

33 ailəyə mənzil veriləcək – 2.4 milyon ayrıldı

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ünvanında 2 girişli, 4 mərtəbəli, 33 mənzilli yaşayış binasının tikintisinə 2 415 679 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, işləri “Balacans İnşaat” MMC görəcək.

 

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti və şirkət arasında müqavilə bağlanıb. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni rəqabət təmin olunmayıb, “Bir mənbə metodu” tətbiq edilib.

 

Cabir

Tarix: 26 Dekabr 2025, 14:01   
Chosen
45
pravda.az

1Sources