ain.az, Marja.az portalına istinadən məlumat yayır.
“Toyota Motor” 2026-cı ildə dünya üzrə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Nikkei nəşri məlumat yayıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məlumata görə, yapon avtomobil istehsalçısı bu istehsal planları ilə bağlı artıq tədarükçülərini məlumatlandırmağa başlayıb. Hesabatda məlumatın mənbəyi açıqlanmayıb.
Plan reallaşacağı təqdirdə, bu, “Toyota”nın ardıcıl ikinci il dünya üzrə 10 milyon avtomobildən çox istehsal etdiyi il olacaq.
Şirkətin istehsal hədəfləri, xüsusilə ABŞ bazarında hibrid avtomobillərə olan güclü tələbat hesabına dəstəklənir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.