EN

Hakimin görüntülərindən sonra fəaliyyətinə xitam verilib Azərbaycanda

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.

Gununsesi.info yazır ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi olub. Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.

Onun hərəkətləri lentə alınıb və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova göndərilib.

Qurumdandan Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İlqar Məmmədovun öz ərizəsi əsasında 19 dekabr tarixində şuranın qərarı ilə vaxtından əvvəl fəaliyyətinə xitam verilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
40
2
olke.az

3Sources