EN

"Yerinə başqasının transfer etməsək..." - Amorim Maynudan danışdı

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim oyun praktikasından əziyyət çəkən yarımmüdafiəçi Kobbi Maynunu komandanın gələcəyi saydığını bildirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Maynu "Mançester Yunayted"in gələcəyidir. O, öz şansını gözləməlidir. Futbolda iki gün ərzində hər şey dəyişə bilər. Yerinə başqa transfer etməsək, onu buraxmaq çətin olacaq. Onsuz da heyətlə bağlı çatışmazlıqlarımız var".

Daha öncə Maynunun rəhbərlikdən gələn ay onu icarəyə verməyi xahiş etdiyi barədə informasiyalar yayılıb.

Sözügedən futbolçu bu mövsüm mankunianların forması ilə 12 matça çıxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat  

Chosen
10
1
fanat.az

2Sources