Bakı. Trend:
Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekordhəddə çatıb.
Trend xəbərverir ki, Prezident İlham Əliyev bu sözləri 2025-ci ilin idmanyekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
"Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çoxmedal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onugöstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illəmüqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir.Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlətsiyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətiribçıxarır.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xəttiilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu deməkolar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir.Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il ikiOlimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə vəYevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı46-ya çatıb", - dövlət başçısı qeyd edib.