EN

Prezident İlham Əliyev: Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir

Bakı. Trend:

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gənclərisağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyəetməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlarvə beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bu sözləri 2025-ci ilin idmanyekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.

"Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır.Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik,vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir dahatəsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdəttəşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər.İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəçox böyük önəmi var", - dövlət başçısı qeyd edib.

Chosen
24
8
az.trend.az

5Sources