EN

Zelenskinin Noel arzusu: “Putin yox olsun”

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə xalqına etdiyi Noel çıxışında Rusiyanın müqəddəs gecədə atəşkəsi pozaraq mülki yaşayış məntəqələrini bombaladığını vurğulayıb.

Sherg.az xəbər verir ki, Zelenski deyib: “Bunu yalnız əxlaqsız biri edə bilər. Mən inanıram ki, müqəddəs gecədə bütün Ukrayna xalqı birlik və həmrəylik içində eyni arzunu diləyir. Ölkəmizə belə zərər verənlərin, xüsusən də Rusiyanın lideri Vladimir Putinin, bir an əvvəl yox olmasını arzulayırıq. Ölkəmizə sülh gəlsin deyə dua edirik.”

Kremlin sözçüsü Dmitri Peskov isə Zelenskinin çıxışını “nifrət dolu” açıqlama kimi qiymətləndirib. Peskov bildirib ki, Ukrayna liderinin açıqladığı 20 maddəlik sülh planına Rusiya hələ nə imtina, nə də təsdiq edib və planla bağlı ABŞ ilə danışıqlar davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
sherg.az

1Sources