EN

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim açıqladı

Bağırsaq sağlamlığı immun sisteminin düzgün işləməsində əsas rol oynayır. Onun mikroflorası interleykinlərin tənzimlənməsində iştirak edir, B və K vitaminlərini sintez edir və zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır.

E-saglam.az xəbər verir ki, diyetoloq Maryana Djutova açıqlamasında bildirib ki, probiotik və prebiotiklər immunitetin gücləndirilməsində ən az qiymətləndirilən, amma təsirli üsullardan biridir.

Mütəxəssisin sözlərinə görə, probiotiklər canlı bakteriyalardır və kefir, təbii şəkərsiz qatıq, evdə hazırlanmış turş kələm, kimçi və kombuça kimi məhsullarda mövcuddur. Gündə 1–2 porsiya bu cür qidaların qəbulu bağırsaq florasının balansını qorumağa kömək edir.

Araşdırmalar göstərir ki, fermentləşdirilmiş süd məhsullarının müntəzəm istehlakı uşaqlarda kəskin respirator virus infeksiyalarının yayılma riskini 20–30 faiz azaldır və sağalma müddətini qısaldır. Bu təsir immun cavabın güclənməsi ilə əlaqələndirilir.

Prebiotiklər isə bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Onlar sarımsaq, soğan, banan, yulaf, hindiba, əncir və yerkökü kimi məhsullarda olur. Diyetoloq bildirir ki, prebiotiklərin probiotiklərlə birlikdə qəbulu daha güclü və davamlı təsir yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
52
e-saglam.az

1Sources