EN

Çində sürücü avtomobilini 4 saat saxlaya bilməyib: saatda 115 km sürətlə gedirmiş

Çində bir sürücünün başına qeyri-adi hadisə gəlib.

Herbiand.az Shine nəşrinə istinadən bildirir ki, o, 4 saat ərzində avtomobilini saxlaya bilməyib.

Məlumata görə, buna nəqliyyat vasitəsinin kruiz-nəzarət sisteminin nasazlığı səbəb olub. Saatda 115 km sürətlə hərəkət edən avtomobil 490 km məsafə gedib. Əyləc sistemi sürücünün hərəkəti yavaşlatmaq cəhdlərinə cavab verməyib.

Yol polisi yanacaq bitənə qədər nasaz maşını müşayiət edib. Sürücü deyib ki, əyləci basmağa cəhd edib, neytral vəziyyətə keçmək istəyib, əl əyləcindən istifadə etməyə çalışıb və kruiz-nəzarəti söndürməyə cəhd edib, amma heç biri nəticə verməyib.

Avtomobilində ilişib qalan şəxs adı açıqlanmayan istehsalçı ilə razılığa gəldiyini bildirib. Ona nəqliyyat vasitəsinin tam məbləği geri qaytarılacaq, eyni zamanda maliyyə kompensasiyası da alacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
42
herbiand.az

1Sources