EN

Prezidentin Ağdamdakı çıxışı beynəlxalq aləmə verilən mesaj baxımından mühüm əhəmiyyət kəsb edir



"Cənab Prezidentin Ağdamda keçmiş məcburi köçkünlərlə görüşündə çıxışı erməni vandalizminin mahiyyətini daşıyan Ermənistan dövlətinin Azərbaycana qarşı düşmənçilik siyasətinə verilən qiymət oldu".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi həm insanı, həm də maddi-mənəvi terror tarixin ən amansız hadisələri arasına düşüb:

"Prezidentin qeyd etdiyi məqsədli şəkildə Azərbaycan tarixinin mədəni irsinin yox edilməsi, talançılıq, yaşayış mümkün olmayan ərazilərə çevrilməsi Ermənistanın əsl mahiyyətinin və məqsədinin elanı idi.

Mədəni irsimizin silinməsi, müqəddəs yerlərimizin, məscidlərimizin təhqir olunması Ermənistanın dövlət siyasəti idi".

Azər Qasımov qeyd edib ki, gələcəkdə bu ərazilərdə yaşamağın mümkün olmaması üçün ərazisilərinin minalanması, təbii sərvətlərin talanması insanlıq əleyhinə cinayət idi:

"Qərb şirkətlərinin Azərbaycan ərazilərinin talanmasındakı rolu və onların bu fəaliyyətlərinə görə cəzalandırılmaması beynəlxalq hüququn heçə sayılmasıdır. Cənab Prezidentin Ağdamda bunları vurğulaması beynəlxalq aləmə verilən mesaj baxımından mühüm əhəmiyyət kəsb edir".

Süleyman
Chosen
24
newscenter.az

1Sources