EN

Türkiyə Qətərdə keçirilən Qəzza toplantısına dəvət edilmədi

Yazını böyüt
Yazını kiçilt

ABŞ Mərkəzi Komandanlığı Qəzza zolağı üçün planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrini müzakirə etmək üçün tərəfdaş ölkələrlə Qətərdə konfrans keçirib. Amma Türkiyə tədbirə dəvət olunmayıb.

Hafta.az yazır ki, İsrailin güclü regional rəqibi olan Türkiyənin ümumilikdə 45-dən çox ölkənin qatıldığı görüşə dəvət olunmaması bir çox ölkənin geri çəkilməsinə səbəb olub.

“Kan News”un məlumatına görə, İsrail rəsmiləri Türkiyənin Qəzza sülhməramlı qüvvələrində iştirakına etirazlarını nəzərdən keçirməyi düşünürlər. İsrail mənbələri hesab edir ki, bir çox ölkə Qəzzaya Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşun göndərməkdə tərəddüd etdiyi üçün Türkiyənin iştirakına icazə verilməlidir. İsrail rəsmiləri hesab edir ki, Baş nazir Netanyahu bu məsələ ilə bağlı ABŞ prezidenti Trampla görüşündə dilemma ilə qarşılaşacaq.

Chosen
53
hafta.az

1Sources