Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.
Binadakı mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və qızı, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova dəm qazından zəhərləniblər.
Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətiriliblər və ilkin tibbi yardım göstəriləndən sonra hər ikisi evə buraxılıblar.