EN

Dəhşətli QƏTL: Kuryer kimi gələn quldurlar bütöv bir ailəni MƏHV ETDİ – FOTO/VİDEO

ABŞ-də kuryer geyimində gələn quldurlar bütöv bir ailəni qırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Narkotik şübhəsi ilə evə girən cinayətkarlar pul tapa bilməyincə ər, arvad və oğullarını güllələyiblər.

Məlumata görə, ABŞ-də dəhşətli qətl hadisəsi baş verib. Kuryer paltarı geyinərək evə daxil olan üç soyğunçu pul tələbi ilə ailəyə hücum edib.

Evdə 39 yaşlı kişi (Xose), onun 42 yaşlı həyat yoldaşı, 20 yaşlı oğlu və iki azyaşlı uşağı olub.

Cinayətkarlar ailə başçısının narkotiklə əlaqəli olduğunu bildikləri üçün evdə külli miqdarda nağd pulun olduğuna əmin imişlər. Lakin onlar axtardıqları pulu tapa bilməyiblər. Bu zaman qəzəblənən quldurlar silahla hədə-qorxu gəlməyə başlayıblar.

Xose yaranmış məqamdan istifadə edərək quldurlardan birinin üzərinə atılıb. Lakin cinayətkar dərhal atəş açaraq onu qətlə yetirib.

Bundan sonra cinayətkarlar kişinin həyat yoldaşını və böyük oğlunu da güllələyiblər.

Qatillərin yalnız evdəki kiçik uşaqlara toxunmadığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
16
interpress.az

1Sources