Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.
55 yaşlı hakim bu gün dünyasını dəyişib.
Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Marif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb.
O, 2007-2011-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi, 2011-2025 illərdə Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir Rayon Məhkəməsinin sədri kimi fəaliyyət göstərib./gununsesi.info
Tarix: 26 Dekabr 2025, 14:43