EN

Kəmaləddin Heydərov: “Azərbaycan taekvondosu davamlı inkişaf edir“

“Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir”.

Apasport.az xəbər verir ki, bu fikirləri Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov taekvondo üzrə respublika çempionatı və ölkə birinciliyinin açılış mərasimində səsləndirib.

Federasiya prezidenti bildirib ki, dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və dəstək nəticəsində Azərbaycan idmançıları nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər: “Bu da bizim üçün sevindirici haldır. İl ərzində 156 medalın qazanılması, onlardan 53-nün qızıl olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir”.

Qeyd edək ki, dekabrın 24-də start götürən ölkə birinciliyinə dekabrın 27-də yekun vurulacaq.

Taekvondoçumuz Avropa çempionu olub - FOTO

Taekvondo millimiz İslam Oyunlarından vətənə dönüb

Taekvondoçularımız Avropa birinciliyi üçün İsveçrəyə yola düşüb

İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR

İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO

Chosen
43
6
apasport.az

7Sources