EN

Xaçmazda yaşayış binasının tikintisinə 2,4 milyon manat ayrıldı

Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yeni yaşayış binası inşa ediləcək.

 xəbər verir ki, sifarişçi qurum kimi Fövqəladə Hallar Nazirliyi müəyyənləşib. Artıq Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.

Tikintisi nəzərdə tutulan yaşayış binası iki girişli, dörd mərtəbəli və 33 mənzildən ibarət olacaq.

Tikinti işlərinin icrası isə "Balacans İnşaat" şirkətinə həvalə edilib və onunla müqavilə bağlanılıb.

Müqavilənin maliyyə dəyəri 2 milyon 415 min 679 manat olaraq müəyyən olunub.///İqtisadiyyat.az

Chosen
7
3
ucnoqta.az

4Sources