EN

Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində dörd innovativ məhsul sınaqdan keçiriləcək

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi çərçivəsindəfəaliyyətin təşkili və idarə olunması üzrə proseslər davametdirilir. Xüsusi tənzimləmə rejimin ikinci qəbul dövrü üzrəinnovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Qiymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativməhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərləsınaqdan keçirilmək üçün uyğun hesab edilib.

Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullaraşağıdakılardır:

“ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı”çərçivəsində Murabaha məhsulu

“Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı”çərçivəsində Mudaraba və Murabaha məhsulu

“PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığortaməhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması”məhsulu

“BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyutabirjası” məhsulu

Qeyd olunan məhsullar məhdud çərçivədə və Mərkəzi Bankınnəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.

Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ xidmət vəməhsulların bazara təqdim edilməsinə, ölkəmizdə maliyyəinklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərininistifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha dayüksəldilməsinə xidmət edir.

Xüsusi tənzimləmə rejimi, eləcə də sınaqdan keçiriləcəkməhsullar barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanışola bilərsiniz: https://sandbox.cbar.az/az/registry

Məqalədə:
Chosen
47
4
az.trend.az

5Sources