EN

Banqladeşdə iki qayığın toqquşması nəticəsində 8 nəfər ölüb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Banqladeşdə Meqxna çayında iki sərnişin qayığının toqquşması nəticəsində azı 8 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Dhaka Tribune” nəşri yerli polis orqanlarına istinadla məlumat yayıb. Qəzetin yazdığına görə, qəza zamanı hər iki qayıqda onlarla insan yaralanıb.

Cümə gününə keçən gecə Banqladeşin paytaxtı Dəkkədən 115 kilometr məsafədə yerləşən Çandpur şəhəri yaxınlığında baş verən qəzaya sıx dumanın səbəb olduğu bildirilir.

Qayıqlarda bir neçə yüz sərnişin olub və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
2
azertag.az

3Sources