Bakı. Trend:
Azərbaycan və BMT ilə “yaşıl enerji”, ədalətli enerji keçidi vəenerji səmərəliliyi, “Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Azərbaycanüçün Yol Xəritəsi”nin hazırlanmasını müzakirə edib.
Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov“X” hesabında paylaşım edib.
“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi VladankaAndreyeva ilə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması iləəlaqədar görüşdük. “Yaşıl enerji”, ədalətli enerji keçidi və enerjisəmərəliliyi, “Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Azərbaycan üçün YolXəritəsi”nin hazırlanması, eləcə də gələn ilin aprelində Bakıdakeçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası ilə bağlıfikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.