EN

"Azərbaycanın diplomatik təşəbbüsləri regionda sabitliyin möhkəmlənməsinə töhfə verir" - Ceyhun Bayramov

“Azərbaycanın xarici siyasəti qonşu və tərəfdaş ölkələrlə səmərəli əməkdaşlığın qurulması və regionda sabitliyin təmin edilməsi prinsiplərinə əsaslanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli görüşlər diplomatik əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Bu, yalnız dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də regional sülh və əməkdaşlıq mühitinin güclənməsinə imkan yaradır”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında konfransda səsləndirib.

Nazir bildirib ki, ölkəmiz qonşu dövlətlərlə intensiv qarşılıqlı səfərləri davam etdirir:

“Son dövrdə Azərbaycan və Türkiyə arasında bir sıra rəsmi səfərlər, həmçinin Azərbaycan-İran, Azərbaycan–Gürcüstan əlaqələrinin inkişafına yönəlmiş tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dövlətlərarası və qurumlararası mütəmadi iclaslar təşkil olunmuşdur. Ölkəmizin təşəbbüsü ilə keçirilən görüşlər Rusiya ilə münasibətlərdə də irəliləyişlərin əldə edilməsinə səbəb olmuş, delimitasiya və sülh sazişi ilə bağlı dialoq davam etdirilmişdir”.

Ceyhun Bayramov vurğulayıb ki, ikitərəfli və çoxtərəfli diplomatik əməkdaşlıq formatları çərçivəsində keçirilmiş tədbirlər Azərbaycanın regiondakı rolunu və diplomatik təşəbbüslərə verdiyi töhfəni göstərir:

“Bu çərçivədə parlamentlərarası görüşlər, dövlət başçılarının ikitərəfli və üçtərəfli sammitləri, həmçinin xarici işlər və iqtisadiyyat nazirlərinin görüşləri xüsusi əhəmiyyət kəsb edir”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
24
1
sia.az

2Sources