EN

Çin Tayvana silah satışına görə ABŞ-ın müdafiə şirkətlərinə sanksiya tətbiq edib

Çin hakimiyyəti ABŞ administrasiyasının Tayvana 11 milyard dollardan artıq məbləğdə rekord həcmdə silah satış paketlərini təsdiqləməsindən sonra ABŞ-ın bir sıra müdafiə şirkətləri və yüksəkvəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, Pekin Vaşinqtonun Tayvana yönəlik rekord səviyyədə silah satışlarını təsdiqləməsinə cavab olaraq ABŞ-a məxsus müdafiə şirkətləri və onların rəhbər şəxslərinə qarşı “qarşı tədbirlər” həyata keçirdiyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilib ki, görülən tədbirlər çərçivəsində ABŞ mərkəzli 20 müdafiə şirkəti, eləcə də bu şirkətlərdə çalışan 10 yüksəkvəzifəli rəhbər sanksiya siyahısına salınıb.

Açıqlamada qeyd olunub ki, sözügedən sanksiyalar ABŞ-ın son dövrlərdə Tayvana dair açıqladığı genişmiqyaslı silah satışlarına cavab olaraq Çinin “xarici sanksiyalara qarşı qanunu”na əsasən tətbiq edilib.

Pekin bir daha vurğulayıb ki, Tayvan məsələsi Çinin daxili işi hesab olunur və bu istiqamətdə atılan addımlar ölkənin suverenliyi və ərazi bütövlüyünə ciddi ziddir.

//Gülnarə Abasova, Editor.az

Chosen
33
editor.az

1Sources