EN

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC Şamaxı avtomobil yollarında fasiləsiz qartəmizləmə işləri aparır » AzadMedia.az


Yağan qar və şaxtalı hava şəraiti nəticəsində Şamaxı rayonu ərazisində avtomobil yollarında buzlanma müşahidə olunur. Yaranmış vəziyyətlə əlaqədar AAYDA-nın nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC operativ şəkildə hərəkətə keçib.
Qurumun xüsusi təyinatlı texnikası və peşəkar işçi heyətinin iştirakı ilə Şamaxı–Çuxuryurd–Nağaraxana–Dəmirçi avtomobil yolunda qar təmizləmə işləri aparılır, yol səthinə qum və duz məhlulu səpilir. Eyni zamanda Şamaxı–Abaxıl kənd yolunda da analoji tədbirlər görülərək yollar qardan və buzdan tam təmizlənib.
Sahə rəisi Şahin Rəcəbov bildirib ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan bütün avtomobil yollarında təmizləmə və buzla mübarizə işləri vaxtında və keyfiyyətlə icra olunub. Hazırda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün heç bir çətinlik yoxdur.
Qeyd edək ki, MMC-nin rəhbəri Nazim Eynallı qarlı və əlverişsiz hava şəraitində görülən işləri daim nəzarətdə saxlayır, hadisə yerlərində operativ vəziyyətlə şəxsən maraqlanır. Bu da dövlətin vətəndaşların təhlükəsizliyinə və rahatlığına göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Vurğulanıb ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC fasiləsiz və növbəli iş rejimində fəaliyyət göstərərək, qış mövsümü boyunca vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yollarında xidmətini davam etdirir.
Chosen
26
1
azadmedia.az

2Sources