EN

Bu materialdan istifadə qadağan edilir – Ev tikənlər OXUSUN

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndiriləcək.

Milli Məclisin plenar iclasında “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilərək təsdiqlənib.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Müzakirələr zamanı bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Məlumata görə, Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir.

Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Qanunun icrasına 2027-ci ilin ikinci yarısından başlanılacaq.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Chosen
40
27
veteninfo.az

10Sources