EN

Ceyhun Bayramov: Azərbaycan beynəlxalq tərəfdaşlar tərəfindən regionun aparıcı dövləti kimi tanınır

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Bu gün Azərbaycan beynəlxalq tərəfdaşlar tərəfindən regionun aparıcı dövləti, qlobal münasibətlərdə etibarlı tərəfdaş və sülhün təşəbbüskarı kimi tanınır".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib:

"Əvvəlki illərdə olduğu kimi, qonşu dövlətlərlə münasibətlər xarici siyasətimizdə prioritetimiz olub. Türkiyə, İran və Gürcüstandan Azərbaycana ali və yüksək səviyyəli səfərlər həyata keçirilib. 2025-ci ildə Azərbaycan prezidenti tərəfindən Türkiyəyə 3 işgüzar, Türkiyə prezidenti tərəfindən Azərbaycana 4 işgüzar səfər həyata keçirilib. Son bir il ərzində AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya ilə münasibətlərdə gərginlik yaşanıb. Buna baxmayaraq, ölkələrimiz arasında dialoq və qarşılıqlı təmaslar davam edib. 9 oktyabrda Düşənbədə iki ölkə prezidenti arasında keçirilmiş görüş, Rusiya tərəfindən verilən açıqlamalar, təyyarənin məhz Rusiya silahlı qüvvələri tərəfindən səhvən vurulmasının etirafı və üzrxahlıq edilməsi münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım olub".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
oxu.az

1Sources