
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzərində iş aparılır.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
C.Bayramov qeyd edib ki, Azərbaycanla Aİ arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq istiqamətində müsbət dinamika müşahidə olunub:
"Hazırda yeni saziş üzrə iş aparılır. Azərbaycan Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşdır. Avropa Siyasi Birliyinin 12-ci konfransı 2028-ci ildə Azərbaycanda keçiriləcək".