EN

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq 35 istiqaməti əhatə edir - XİN rəhbəri

Bakı, TurkicWorld

Türk Dövlətləri Təşkilatı daxilində ən müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin şahidi oluruq.

TurkicWorld xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il mülki müdafiə, fövqəladə hallar sahəsində əməkdaşlıq sahələri əlsvə edilib.

"Ümumilikdə TDT üzvləri arasında 35 istiqamətdə əməkdaşlıq mövcuddur.

Yalnız 2025-ci ildə Türkiyədə 18 təlimdə Azərbaycan hərbçiləri, Azərbaycandakı 4 hərbi təlimdə Türkiyə hərbçiləri iştirak ediblər", - nazir əlavə edib.

Chosen
10
2
turkic.world

4Sources