EN

AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı

Region Liqasında çıxış iki klubun üç əməkdaşı futboldan kənarlaşdırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.

Qərarda bildirilib ki, Region Liqasında iştirak edən "Bakı" TFK-nın rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.

Chosen
63
17
football-plus.az

10Sources