Operativmedia saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni tərəfindən silsilə bayram tədbirləri keçiriləcək.Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Sərnişinlərin bayram günlərində böyük maraq və rəğbətlə qarşıladığı retro vaqonlar yenidən “İçərişəhər” stansiyasında nümayiş olunacaq.
Qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər.
Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.
Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.