EN

Azarkeşlər meydana daxil oldular, komandaya texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.

Apasport.az xəbər verir ki, buna "Viləş"lə oyunun yarımçıq dayandırılması səbəb olub.

Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni turnirdəki "İstiqlal" kollektivi də bu halla üzləşib. Komanda "Sabirabad"la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.

Region Liqasında "Hacıqabul" isə "Ucar"la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.

Bundan əlavə, U-15 Liqasında "Xudat" "Kəpəz"lə oyunda, "Qəbələ" isə "Alfa" ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.

Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs olunub

“Araz-Naxçıvan”da ayrılıq rəsmiləşib

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Hakimlər Komitəsinin sədri: "Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib" - VİDEO

Qara Qarayev "Araz-Naxçıvan"a təşəkkür edib

Chosen
27
4
apasport.az

5Sources