EN

Azərbaycan Qəzzaya sülhməramlı göndərəcək? - XİN başçısından açıqlama

“Azərbaycanın Qəzza ilə bağlı siyasətininin konkret çərçivəsi var”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq, tarixi ədalət məsələsində Azərbaycan diplomatiyasının mövqeyi aydın olub.

“Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə qaynar fazaya keçəndən sonra rəsmi Bakı hər iki ölkə ilə münasibətləri qoruya bilib.

Azərbaycanla Rusiya arasında gərginlik olsa da bu, Ukraynaya görə yox, AZAL təyyarəsinin vurulmasına görədir.

Rəsmi Bakı Fələstin münaqişəsində də humanitar dəstəyini gösrir. Azərbaycan hər zaman ərəb liqası və İslam Konfransı Təşkilatına üzv olan ölkələrlə münasibətlərini qoruya bilib.

Eyni zamanda müsəlman ölkələri içində İsraillə ən yaxşı əlaqəsi olan dövlətlərdəndir. Münaqişə tərəflərinin hər ikisi ilə normal münasibətləri qorumaq sadə proses deyil. Bu, Azərbaycanın unikal xarici siyasət kursu sayəsində mümkün olub”.

İlhamə Qasımlı


Telegram kanalımız
Chosen
69
1
yenisabah.az

2Sources