EN

Gələn il Azərbaycandan keçən dəmiryolu Ermənistan sərhədinə qədər çatacaq

“Ümumilikdə Azərbaycanla Naxçıvan arasında bağlantı yaradılması ilə bağlı 2020-ci ildə razılıq var idi”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan uzun müddət bu istiqamətdə heç bir addım atmayıb: “Azərbaycan bu istiqamətdə avtomobil yolunun, dəmiryolunun inşası ilə bağlı dərhal işlərə başlayıb. 2026-cı ilə qədər Azərbaycan ərazisindən keçən dəmiryolu Ermənistan sərhədinə qədər çatacaq”.

Chosen
20
apa.az

1Sources