EN

"Sumqayıt məktəblərində ekoloji məsuliyyət və etik davranış 2026-cı ilin əsas prioritetləri olacaq" - QHT sədri

2026-cı il üçün prioritetlərimizi müəyyən edərkən diqqəti birbaşa gələcək nəsillərin formalaşdığı mühitə – orta ümumtəhsil məktəblərinə yönəltmişik. İlk növbədə, Sumqayıt şəhərinin məktəblərində iqlim dəyişikliyi ilə mübarizə kontekstində ekoloji təhsil, tərbiyə və maarifləndirmə işlərinin daha sistemli şəkildə aparılmasını əsas hədəflərimizdən biri kimi görürük. Burada məqsəd təkcə məlumat vermək deyil, şagirdlərdə məsuliyyətli ekoloji davranış vərdişləri formalaşdırmaqdır.

Bu sözləri Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə,2026-cı ildə prioritet istiqamətlərimizdən biri də ictimai davranış və etik normaların qorunması ilə bağlı tədbirlərin orta ümumtəhsil məktəblərində keçirilməsidir:

"Hesab edirik ki, sağlam cəmiyyət yalnız bilikli deyil, eyni zamanda etik dəyərlərə hörmət edən, sosial məsuliyyətini dərk edən gənclər üzərində qurula bilər. Bu iki istiqaməti: ekoloji məsuliyyət və ictimai davranış mədəniyyətini bir-birini tamamlayan vacib sahələr kimi görürük və 2026-cı ildə fəaliyyətimizi məhz bu çərçivədə davam etdirməyi qarşıya məqsəd qoymuşuq".

QHT sədri həmçinin qeyd edib ki, indiyədək Sumqayıt şəhərində həyata keçirilən maarifləndirici fəaliyyətlər nəticəsində ekoloji mövzularda məlumatlılıq artıb, uşaqlar və gənclər arasında məsuliyyətli davranışa maraq güclənib. Bu tədbirlər məktəb mühiti ilə ictimai məsuliyyət arasında əlaqəni möhkəmləndirib və gələcək layihələr üçün dayanıqlı əsas yaradıb.

Chosen
54
qht.az

1Sources