EN

Uşaqların gecə 12 yə qədər restoranda olması məktəbə təsir edir

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Uşaqların böyüməsi və tərbiyəsi üçün əsas mühit məktəb və evdir, restoranlar yox. Restoranlarda uşaqların gec saatlara qədər qalması onların gündəlik rejimini pozur və təhsil prosesinə mənfi təsir göstərə bilər”. Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, uşaqların düzgün inkişafı üçün nizamlı yatmaq, vaxtında dərs oxumaq və məktəbə getmək vacibdir:“Gec saatlara qədər ictimai yerlərdə olmaq həm fiziki, həm də psixoloji sağlamlığa ziyan vura bilər. Valideynlərin məsuliyyəti burada böyükdür, çünki uşaqların harada və nə vaxt olmasını izləmək onların təhlükəsizliyi və inkişafı üçün önəmlidir. Sosial baxımdan isə belə hallar uşaqların davranış modellərinə və ictimai normalara münasibətinə təsir göstərir. Uşaqlar restoranda çox vaxt keçirdikdə məktəb mühitində tələb olunan disiplin və diqqət azalır. Bu da onların akademik uğurlarına mənfi təsir edə bilər. Valideynlər və cəmiyyət uşaqların inkişafı üçün uyğun mühit təmin etməli, gec saatlarda ictimai yerlərdə olmalarını məhdudlaşdırmalıdır. Məktəb və ev uşaqların öyrənməsi, sosial bacarıqlarını inkişaf etdirməsi üçün əsas yerlərdir. Restoranlar və digər ictimai əyləncə məkanları isə daha çox ailə birlikdə əyləncə üçün nəzərdə tutulmalıdır. Uşaqların gecə 12-yə qədər restoranda qalması onların sağlamlığına ziyan vura bilər və sabahkı günü məktəbdə performanslarını aşağı sala bilər. Bu səbəbdən valideyn maarifləndirilməsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi önəmli rol oynayır. Sosial və ailə məsuliyyəti birlikdə işləyərək uşaqların sağlam və nizamlı böyüməsinə şərait yaratmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
demokrat.az

1Sources