“Bayram günü evdə olmağı sevirəm. Dekabrın 31-də bayramı evdə ailəmlə birgə keçirəcəyəm”.
Bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, bu ənənəni heç vaxt pozmur: “Ömür boyu işləyirik. Deyirsiniz, bayram günü də işləyək?!(gülür). Ailəsi olan adam bayramı evində keçirməlidir də.
Adam evində, ocağında olar. İlin bir çox gününü səhərdən axşama qədər işləyirik, bayram gününü də işləsək, daha nə olar. Şou-proqramlara gedib orada bayram qeyd etmək istəmirəm, elə evimdə oturaram da”.