EN

TDT-nin beynəlxalq çəkisi üzvlərinin gücündən asılıdır - XİN rəhbəri

Bakı. Trend:

Hər bir təşkilata olan maraq olan üzvlərinin beynəlxalqçəkisinindən asılıdır.

Trend xəbərverir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ciilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan indi 10-15 il əvvəlki Azərbaycandeyil. Öz ərazi bütövlüyü və suverenliyini bərpa edən, qlobalproseslərə təsiri olan bir ölkədir.

"Mərkəzi Asiya ölkələrindən biri xaric, digərləri TDT üzvüdür.TDT ilə əməkdaşlıq etməkdə maraqlı olan ölkələrin də sayıartıb.

Bəzi güc mərkəzləri belə bir əməkdaşlıq və inkişafa qıcıqlayanaşırlar. Bunun əsası yoxdur. tdt-nin siyasəti ondan ibarətdirki, bu müsbət dinamika saxlanılmalıdır. Çox böyük potensialı olanəməkdaşlıq inkişaf etdirilməlidir".

Nazir qeyd edib ki, son illər və 2025 ci il TDT konteksindəəməkdaşlıq daha da genişləndi və bu təşkilata olan maraq sonillərdə əhəmiyyətli şəkildə artıb.

"Bunu açıq şəkildə maşahidə edirik. Təşkilat 2009-cu ildəNaxçıvan sazişi ilə yaradılıb. Təşkilata olan maraq onun üzvlərininbeynəlxalq çəkisindən asılıdır. TDT-nin aparıcı dövləti Türkiyədir.Azərbaycan 10-15 il il öncəki ölkə deyil. Son Qəbələ bəyannaməsindəTDT plus formatının yaradılması da qərar qəbul olundu", - o əlavəedib.

Məqalədə:
Chosen
44
2
az.trend.az

3Sources