EN

İrəvan bizə bildirib ki, TRIPP in Ermənistandan keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur Nazir

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Yəqin ki, Ermənistan TRIPP-lə bağlı öhdəliklər götürərkən dəmir yolu məsələsini nəzərə alıb".

525.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Rusiya Ermənistanın dəmir yolları ilə müqavilə imzalayıb və bu müqavilə 2038-ci ilə qədər qüvvədə olacaq: “Lakin Ermənistanın bizə izah etdiyi mövqe budur ki, dəmir yolunun TRIPP layihəsindən keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur. Çünki bu müqavilə imzalananda bu dəmir yolu yox idi və olmayan bir şeyi müqaviləyə daxil etmək olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
6
525.az

7Sources