EN

Vinisius Juniorun Avropa nəhənginə transferinə veto qoyuldu

PSJ-nin baş məşqçisi Luis Enrike “Real”ın braziliyalı vingeri Vinisius Juniorun mümkün transferinə veto qoyub.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Vinisius hələ də “Real”la müqaviləsini uzatmayıb və əgər mövsümün sonuna qədər yeni razılaşma imzalanmasa, Madrid klubu onu artıq yayda transferə çıxara bilər. Fransa klubu 25 yaşlı futbolçu ətrafındakı vəziyyəti diqqətlə izləyirdi. Lakin PSJ bu transfer yarışında iştirak etməyəcək.

Mənbənin məlumatına görə, məhz Luis Enrike klub rəhbərliyini bu transfer ideyasından imtina etməyə inandırıb. İspaniyalı mütəxəssis Vinisiusun onun oyun modelinə uyğunlaşa biləcəyinə şübhə ilə yanaşır, eyni zamanda braziliyalı futbolçunun müdafiədəki işindən narazıdır.

Chosen
71
publika.az

1Sources