EN

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

26 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illəbağlı hesabat yığıncağı keçirilib.

Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızınərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi birdəqiqəli sükutla yad edilib.

Tədbiri açıq elan edən təşkilatın sədri polkovnik Cəlil Xəlilov2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hərzaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərliktəbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığınıbildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranınmüraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasındakonkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci ilüçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilinfəaliyyət planının təsdiq edildiyini vurğulayıb.

Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri KərimRzayevin məruzəsi dinlənilib.

Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədriƏlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev,Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz RayonTəşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindəngörülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunubildiriblər.

Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətininüzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsiveteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib,ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldarİbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyfİmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri,Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan AğsaqqallarŞurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovuyubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr vətəltiflər təqdim ediblər.

Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general MüşfiqMəmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarıİctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumlarınnümayəndələri iştirak edib.

Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən birqrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Müharibə,
Chosen
33
5
az.trend.az

6Sources