EN

Aktau təyyarə qəzası: Rusiyada cinayət işinə xitam verildi

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada qaldırılmış cinayət işinə xitam verilib. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib. Nazir bildirib ki, Rusiya tərəfinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı Azərbaycanda təəccüb yaradıb.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi Rusiya tərəfinə rəsmi şəkildə çatdırılıb. “Gözləntimiz iki ölkə rəhbəri arasında aparılmış danışıqlara uyğun olaraq məsələnin ədalətli şəkildə həll olunması, müvafiq təminatların verilməsi və məsul şəxslər barəsində lazımi cəzaların tətbiq edilməsidir”, – deyə nazir vurğulayıb.

XİN rəhbəri qeyd edib ki, Azərbaycan hadisənin hərtərəfli və obyektiv araşdırılmasında maraqlıdır və prosesin beynəlxalq hüquq normalarına uyğun davam etdirilməsini vacib hesab edir.

İlhamə Qasımlı


Telegram kanalımız
Chosen
19
yenisabah.az

1Sources