EN

Gimnastika Federasiyası Prezident İlham Əliyevə təşəkkür edib FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Gimnastika Federasiyası idmançılara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

İdman.Biz xəbər verir ki, bu barədə federasiya paylaşım edib.

“26 dekabr tarixində 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idman sahəsində xüsusi fərqlənmiş şəxsləri təltif edib. Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev 2025-ci ildə əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıb. Cənab Prezidentə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk!” - deyə paylaşımda qeyd edilib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
icma.az

2Sources