Rusiyapərəst haker qrupu Miladdan bir neçə gün əvvəl Fransanın milli poçt xidməti tərəfindən bağlama çatdırılmasını pozan kütləvi kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Paris prokurorluğu bildirib ki, "Noname057" kimi tanınan kibercinayətkarlıq qrupunun açıqlamasından sonra Fransa kəşfiyyat xidməti DGSI haker hücumu ilə bağlı istintaqı öz üzərinə götürüb.
Qrup, Avropada, o cümlədən Niderlandda keçirilən NATO sammiti zamanı və Fransa hökumətinin veb saytlarında digər kiberhücumlarda ittiham olunur.
Bildirilir ki, Fransanın milli poçt xidməti olan “La Poste”nin mərkəzi kompüter sistemləri bazar ertəsi günü paylanmış "xidmətdən imtina" (DDoS) hücumu nəticəsində sıradan çıxıb.