EN

Azarkeşləri rəqibə hücum edən kluba texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Xıdırlı" komandasına texniki məğlubiyyət verib.

"Yeni Sabah" xəbər verir ki, qərar komitənin bugünkü iclasından sonra açıqlanıb.

Salyan təmsilçisinin azarkeşləri "Viləş"lə oyunda meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün "Xıdırlı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, "Xıdırlı" komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirəcək.


Telegram kanalımız
Chosen
16
3
yenisabah.az

4Sources