EN

Ceyhun Bayramov: Gələn il delimitasiya komissiyasının iclası Ermənistanda keçirilə bilər

Bu il ilk dəfə əvvəlki on bir iclasdan fərqli olaraq delimitasiya komissiyasının iclası sərhəddə yox, Azərbaycanda keçirilib.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bunun davamı kimi 2026-cı ildə oxşar iclasın Ermənistanda keçiriləcəyini istisna etməyib.

C.Bayramov bu ilin Azərbaycan-Ermənistan normallaşma prosesi üçün uğurlu il olduğuna da diqqət çəkib:

"Bu mənada, 2026-cı ildə də iki ölkə arasında təmasların davam etdirələcəyi gözlənilir".

Chosen
67
16
missiya.az

10Sources