EN

Avtobus zolaqları ilə bağlı mühüm yenilik gəlir? - AÇIQLAMA

Milli Məclisdə taksilərin avtobus zolağından istifadə etməsinə icazə verilməsi təklif edilib. Bəs bu dəyişiklik nə dərəcə effektivdir, təsdiq edilərsə, hansı müsbət və mənfi cəhətləri ola bilər? Bu barədə Ajans.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu, bir qədər mübahisəli mövzudur, tezliklə qərar verilməməlidir və geniş təhlil tələb edən məsələdir: “Bu zolaqlar ictimai nəqliyyat üçün nəzərdə tutulub ki, vətəndaşlar vaxtında mənzil başına çata bilsinlər. Əgər taksilər bu zolaqlara buraxılsa, bir sıra risklər olacaq: avtobusların əsas üstünlüyü itə bilər. Bu zolaqlara çoxlu taksi buraxsaq, avtobusların sürəti aşağı düşəcək, avtobuslar arasında interval artacaq, vətəndaşların mənzil başına çatma müddəti uzanacaq. Nəticədə minlərlə sərnişin cəmi 1–2 nəfər daşıyan taksilərə uduzacaq. Eyni zamanda, taksilərdə xaos yarana bilər, çoxları həmin zolağa girmək üçün özünü taksi kimi təqdim edə bilər. Beləliklə, avtobus zolağı ikinci bir ümumi zolağa çevriləcək. Həmçinin təhlükəsizlik riskləri ola bilər — taksilər daim sağa-sola hərəkət edəcəklər, qəfil dayanmalar olacaq. Sürücü və piyadalar üçün təhlükələr yaranacaq”. Ekspertin sözlərinə görə, bu məsələnin doğru bir modeli tapılmalıdır: “Əgər bu zolaqdan taksilərin istifadəsinə icazə veriləcəksə, bu, müəyyən şərtlər əsasında olmalıdır. Taksinin xüsusi nişanı və elektron qeydiyyatı da olmalıdır ki, yol polisi bu avtomobilin taksi olduğunu müəyyən edə bilsin.

Saat məhdudiyyəti də tətbiq edilə bilər, məsələn, pik saatlarda taksilərin zolağa girməsi qadağan olunur. Yaxud zolaqda üstünlük daim avtobusda olsun, taksi heç vaxt avtobusu ötməsin”.

Chosen
18
Ajans.az

1Sources