EN

“Barselona” Markus Reşfordu komandada saxlamaq istəyir

İspaniyanın “Barselona” klubu Markus Reşfordu komandada saxlamaq üçün iş aparır.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Reşfordun klubda qalması baş məşqçi Hansi Flik üçün əsas prioritetlərdən biridir.

Qeyd olunur ki, katalon klubu ingilis futbolçunun gələcəyi ilə bağlı müsbət qərar vermək və onu heyətdə qorumaq niyyətindədir. Klubun qarşısında duran ən böyük çətinlik isə maliyyə problemi və "Mançester Yunayted"in hücumçunun transferi üçün istəyəcəyi məbləğdir.

İdman.Biz
Chosen
45
1
idman.biz

2Sources