EN

"TRIPP marşrutu Cənubi Qafqazda əməkdaşlıq mərhələsini sürətləndirir" - Cəsarət Hüseynzadə

TRIPP marşrutu Cənubi Qafqazın iqtisadi inteqrasiyasını sürətləndirə, Mərkəzi Asiya ilə ticarət əlaqələrini möhkəmləndirə və bölgədə yeni geosiyasi dinamika yarada bilər: “Sərhədlərin tam açılmasından əvvəl, ticarət əməliyyatlarının başlaması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması göstərir ki, tərəflər artıq praktiki əməkdaşlıq mərhələsinə keçiblər. Bu isə sülh müqaviləsinin daha dayanıqlı və real əsaslar üzərində formalaşmasına əlavə impuls verir.

Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində regional aktorlar arasında yeni rol bölgüsü də aydın şəkildə müşahidə olunur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədə qalib gəlmiş və sülhün müəllifi kimi proseslərdə əsas aktor rolunda çıxış edir. Bütün mərhələlər boyunca əsas söz sahibi olan tərəf məhz Azərbaycandır və Bakı, eyni zamanda, prosesləri qarşıdurmadan əməkdaşlığa, münaqişədən isə qarşılıqlı inkişaf və müsbət gündəlik istiqamətinə yönəldir:

"Eyni zamanda, Azərbaycan enerji və logistika mərkəzi statusunu daha da möhkəmləndirir, Türkiyə regional inteqrasiyanın siyasi dayağı rolunu gücləndirir, ABŞ isə investisiya, təhlükəsizlik və texniki idarəetmə vasitəsilə Orta Dəhliz boyunca strateji mövqelərini genişləndirir. Ermənistan üçün isə TRIPP uzun illər davam edən iqtisadi təcriddən mərhələli çıxış və regional iqtisadi sistemə inteqrasiya üçün real imkan yaradır. Bunun qarşılığında isə Ermənistan işğalçılıq siyasəti, separatizm və qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə birdəfəlik vidalaşmalı olduğunu qəbul edir. Ümumiyyətlə, bu marşrut Cənubi Qafqazda geosiyasi qarşıdurmadan iqtisadi qarşılıqlı əməkdaşlığa keçidin praktik mexanizmi kimi dəyərləndirilə bilər”.

Chosen
37
qht.az

1Sources