EN

Real ın Santyaqo Bernabeu ilə bağlı hədəfi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi

Cari mövsüm "Real" təmir olunmuş "Santyaqo Bernabeu"nun istismarından 400 milyon avrodan çox gəlir əldə etməyi gözləyir.

QOL.az xəbər verir ki, bu haqda AS məlumat yayıb.

"Kral klubu"nun ümumi gəlirinin 1,248 milyard avro olması proqnozlaşdırılır. "Real həin məbləğin təxminin 1/3-ni - 402,5 milyon avronu stadionun istifadəsindən əldə ediləcək.

Ötən mövsüm klub təkcə kompleks daxilindəki biznesdən (oyun biletləri xaric) 79,1 milyon avro qazanıb. Bunun 52,6 milyon avrosu stadion turlarından, 15,4 milyon avrosu tədbirlərdən və konsertlərdən, 10,3 milyon avrosu isə restoranlardan gəlib.

Bu il turlardan əldə edilən gəlirin 31 faiz artacağı gözlənilir. Qastronomik məkanlar və VİP zonalar hesabına da əhəmiyyətli artım proqnozlaşdırılır. Həmçinin stadionun əsas incisi hesab edilən "SkyBar" hələ açılmayıb. Yaxın gələcəkdə konsertlərin tam bərpası və "Apple" ilə birlikdə stadionu virtual eynəklərdən istifadə etməklə ziyarət etməyə imkan verəcək "Bernabeu Infinito" layihəsinin başlaması planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
3
qol.az

4Sources