EN

FHN-in polkovnik-leytenantı iş yerində öldü – FOTO

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil ölüb.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində anidən pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna göndərilib.

FHN-in

Chosen
64
14
konkret.az

10Sources